Müəllimlərin etiraz etdiyi direktor işdən ÇIXARILDI

Müəllimlərin etiraz etdiyi direktor işdən
Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkar edilib:

“Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbin direktoru işləyən Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.

Qeyd edək ki, bir müddət əvvəl müəllimlər ötən il rüşvət aldığı üçün işdən azad olunan direktorun yenidən işə qayıtmasına etiraz etmişdilər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...