Ərdoğanın sözçüsü çıxışına görə tənqid olundu: "Rusiya ədalətli nizam istəyir..."

  Ərdoğanın sözçüsü çıxışına görə tənqid olundu:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalının Rusiya ilə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə 24 TV-də gündəmlə bağlı sualları cavablandırarkən danışıb.
"1991-ci ildə yeni dünya nizamı deyə qurulan şey nə yeni, nə qlobal, nə də nizam idi. İndi Rusiya fərqli bir çağırışla çıxış edir, bərabərhüquqlu, ədalətə əsaslanan bir nizam quraq deyir", - Kalın çıxışı zamanı bildirib.
Onun, Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündən əvvəl dediyi bu sözlər ölkə mətbuatında və sosial mediada müzakirələrə, həmçinin sərt tənqidlərə səbəb olub.
Antalya Diplomatiya Forumunda və İstanbulda Rusiya-Ukrayna tərəflərini bir araya gətirdiklərini, taxıl daşınması, əsir mübadiləsi, Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsizliyi təmin etdiklərini xatırladan Kalın, “Biz zorakılığa baxmayaraq diplomatiyanın qapısını hələ də açıq saxlayırıq. Bu istiqamətdə hər iki tərəfə təkliflər veririk”, - deyə, çıxışının davamında bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...