Rusiya ilə bağlı səsvermədə ölkələrin qərarları - Azərbaycan iştirak etmədi, Ermənistan isə...
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyanın Ukraynanın regionlarını qanunsuz ilhaqını pisləyən qətnaməni 143 səslə qəbul edib.
Yeniavaz.com xəbər verir ki, 193 üzvdən ibarət Baş Assambleyada səsvermə, Rusiyanın təşkil etdiyi qanunsuz referendumları müzakirə etmək üçün oktyabrın 10-da fövqəladə iclas keçirdikdən sonra baş tutub.
Səsvermədə Türkiyənin də olduğu 143 ölkə Rusiyanın bu addımının pislənməsinin lehinə səs verib.
Rusiya, Venesuela, Şimali Koreya, Belarus və Suriya da daxil olmaqla 5 ölkə qətnamənin əleyhinə səs verib.
Ermənistan, Çin və Hindistan da daxil olmaqla 33 ölkə isə bitərəf qalıb.
Azərbaycan səsvermədə iştirak etməyib.
Qeyd edək ki, Rusiya Krımdan sonra Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq edib və Ukraynanın təxminən 15 faizini öz ərazisinə qatıb.
Sentyabrın 30-da paytaxt Moskvada keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putin və qondarma rusiyayönlü administrasiyaların rəhbərləri Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “müqavilələr” imzalayıblar.
594 dəfə oxundu