Elçin Sadıqovun Bakıdan çıxışına icazə verilmədi

Elçin Sadıqovun Bakıdan çıxışına icazə verilmədi
Ev dustaqlığında olan vəkil Elçin Sadıqov Bakıdan çıxışına icazə verilməsi üçün məhkəməyə müraciət edib.

GUNDEMİNFO.AZ APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi vəkilin ərizəsini təmin etməyib.

Elçin Sadıqov qərardan apellyasiya şikayəti verib. Vəkil bildirib ki, ev dustaqlığıyla bağlı məhkəmə qərarlarının əksəriyyətində şəxslərə Bakını yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur. Sadıqov bununla vəkil kimi fəaliyyətinin məhdudlaşdırıldığını deyib: "Həbsimdən əvvəl müxtəlif bölgələrdən olan müvəkkillərimin işlərini götürüb, onların hüquqlarını müdafiə edirdim. Mənə paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququ pozulmuş olur. Vəkillər müstəqildir, onların fəaliyyəti heç kimdən asılı deyil. Mən bölgələrdə vətəndaşların hüquqlarını müdafiə etmək üçün kimdənsə icazə almalı deyiləm. Binəqədi Rayon Məhkəməsinin qərarını qanunsuz hesab edirəm və həmin qərardan apellyasiya şikayəti vermişəm. Ümid edirəm, Bakı Apellyasiya məhkəməsində Məhkəməsi ərizəni təmin edəcək".

Xatırladaq ki, Elçin Sadıqov bir müddət əvvəl Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Həmin qərarda ona bir sıra qadağalar qoyulub ki, onlardan biri də ev dustaqlığı dövründə Bakı ərazisini tərk etməməklə bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...