“Hava sahəsinə girən bütün PUA-lar vurulsun” - Vuçiç göstəriş verdi

“Hava sahəsinə girən bütün PUA-lar vurulsun” -
Serbiya Prezidenti Aleksandr Vuçiç Serbiya üzərində görünən bütün dronları məhv etmək əmri verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə noyabrın 1-də “Veçerne Novosti” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, dövlət başçısı belə bir göstərişi Kosovo və Metoxiya ilə inzibati xəttin yaxınlığında yerləşən Raska şəhəri yaxınlığında naməlum PUA-lar aşkar edildikdən sonra verib.
Serbiya MiQ-29 təyyarələri havaya qaldırılıb, bundan sonra pilotsuz təyyarələr Mərkəzi Serbiyanın hava məkanını tərk ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...