Bu gün "Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərin məhkəməsi var

  Bu gün "Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərin məhkəməsi var
"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya baxışı başlayır.

GUNDEMİNFO.AZ APA-ya istinadla xəbər verir ki, iş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
İlk baxış iclası bu günə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Bildirilib ki, Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...