İlqar Məmmədovdan maraqlı paylaşım: “Avtobus müxalifəti olaraq...” - Foto

İlqar Məmmədovdan maraqlı paylaşım:

ReAl Partiyasının sədri İlqar Məmmədov “Telegram” kanalındakı paylaşımı ilə yenə diqqəti üzərinə çəkib.

Yenisabah.az xəbər verir ki, hazırda Strasburqda olan müxalifətçi növbəti dəfə opponentlərinin "bostanına daş atıb".

Avtobusda şəklini paylaşan ReAl sədri belə yazıb: “Avtobus müxalifəti olaraq, Strasburqda da avtobusla ora-bura gedirik. Qələbəmlə Avropa tarixində böyük bir ilkə imza atdığım məhkəmə binasından otelə avtobus marşutu çox rahatdır”.

İ.Məmmədovun bu paylaşımı birmənalı qarşılanmayıb. Sözügedən postu digər kanallarda paylaşan sosial şəbəkə istifadəçiləri səmimiyyətinə görə, siyasətçiyə təşəkkür ediblər.

ReAl sədrinə “axır ki, avtobus müxalifəti olduğunu boynuna aldın” yazanlar da olub.

İlqar Məmmədovdan maraqlı paylaşım:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...