“Uşaqlar 15 dəqiqə içində keçinib...” - Bakıdakı dəhşətli hadisənin təfərrüatı
Sabunçu rayonunun Ramana qəsəbəsində 2 və 5 yaşlı iki qardaşın siçan dərmanından zəhərlənərək öldüyü hadisənin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, faciəvi şəkildə ölən uşaqların babası Akif Pirəliyev ARB kanalına müsahibəsində bildirib ki, 2 yaşlı Onur və 5 yaşlı Akif bir neçə dəqiqə ərzində zəhərlənərək vəfat ediblər: “Hadisə noyabrın 8-də, axşam saat 7 radələrində baş verib. Mən və uşaqların atası işdə olmuşuq, nənəsi qonaqlıqda olub. Uşaqlar və anası evdə olub. Hadisə də uşaqların anası bir stəkan çay içəndə baş verib.
Mətbəxdə oynayarkən siyirmədə siçan zəhərini marmelad bilib yeyiblər. Bundan sonra uşaqlara yuxu gəlib və analarına yatmaq istədiklərini deyiblər. Gəlinim də onları yataq otağına apararaq yerlərinə uzandırıb. Təxminən 15 dəqiqə sonra yataq otağına qayıtdıqda uşaqlardan birinin ağzından köpük, o birinin ağzından qan gəldiyini görüb. İkisinin də bədəni artıq soyuyubmuş, çölə çıxıb haray salıb, uşaqları xəstəxanaya çatdırsalar da, artıq vəfat etdikləri məlum olub”.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
580 dəfə oxundu