Bu il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28500-ü ötüb.

Bu il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28500-ü ötüb.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən məlumat verilib.

Qeyd edilib ki, tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.

“Onlar tibb, mühəndislik, biznes-iqtisadiyyat, iqtisadiyyat, ingilis dili, türk dili ədəbiyyatı kimi bir çox sahədə təhsil alır, bəziləri isə magistratura və doktorantura təhsillərini davam etdirirlər”, - deyə məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...