Gələn ay daha bir qrup ailə Ağalıya köçürüləcək

Gələn ay daha bir qrup ailə Ağalıya köçürüləcək
“Növbəti ayda daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Ağalı kəndində 200 ağıllı evin tikintisi nəzərdə tutulmuşdu:

“Onlardan 87-si tikilərək, istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir. Hazırda Ağalıda kiçik sahibkarların yerləşdirilməsi işləri aparılır və istehsal prosesinin yaradılması planlaşdırılır. Kənd əhalisinin əksəriyyəti işlə təmin edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...