Azərbaycan Demokrat Partiyası seçkilərdə namizəd irəli sürəcək?

Azərbaycan Demokrat Partiyası seçkilərdə namizəd irəli sürəcək?
Azərbaycan Demokrat Partiyası (ADP) 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlə iştirak etməyəcək.

Bunu Modern.az-a açıqlamasında partiyanın sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, partiya üzvlərinə seçkilərdə kimi dəstəkləməyə görə sərbəstlik verilib.

Sərdar Cəlaloğlu özü kimi dəstəkləyəcəyi ilə bağlı mövqeyini bildirməyib. "Açıq seçkilər keçirilmir. Ona görə də mən mövqeyimi deməyi düzgün hesab etmirəm", - partiya sədri deyib.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb. Daha 8 nəfərin məsələsi müzakirə ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...