Masazırda küçə və evləri su basır, baxan yoxdur - VİDEO

Masazırda küçə və evləri su basır, baxan yoxdur -
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində yeni yaradılmış Regional Su Meliorasiya Xidmətinin Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin səhlənkarlığından fəryad edənlərin sayı artıb.

Mia.az xəbər verir ki, yeni idarədə gərginlik yaradan və traybalizmə söykənən kadr siyasətinin mürəkkəbi qurumamış növbəti ittihamlar səslənib.

Belə ki, son vaxtlar Abşeronin Xırdalan şəhəri ilə Masazır kəndi ərazisindəki kanalzasiya xətlərinin işlək olmaması və yaxud ümumiyyətlə olmaması yeni fəlakətlərə yol açıb: "Artıq yağan yağışlar küçələrdə axmaz çay, göl yaradır, evləri su basır. Günlərlə, bəzən həftələlərə suyun çəkilməsi ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə, onun yeni rəhbəri Etibar Nəbiyevə çoxsaylı müraciətlər olunsa da, görünən odur ki, başı idarədaxili oyunlara qarışan rəis üçün baş verənlər əhəmiyyətsizdir...".

Xatırladaq ki, bu günlərdə Masazır kənd sakini Əliağa Vahid küçəsində yaşanan rüsvayçı vəziyyətlə bağlı "Tik-Tok"da maraqlı videofakt paylaşıb. O, idarə rəhbərliyinə ittihamlar irəli sürüb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...