"Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə maneə olmağa çalışır"

 "Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə maneə olmağa çalışır"


"Erməni diasporu tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə çoxlu maneələr olub və bu vəziyyət davam edir". "APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “The Business Year” jurnalına müsahibəsində deyib.

"Biz Azərbaycan şirkəti olaraq bu dəmir yolunun inşasına başlayanda Ermənistanın Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalacağı ilə bağlı narazılıqlar var idi", - deyə C. Qurbanov əlavə edib. Layihənin icra vəziyyətindən söz açan sədr qeyd edib ki, Gürcüstanda 183 km uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb: "Hazırda layihənin xırda detalları üzərində işlər başa çatmaq üzrədir. Beləliklə, 2016-cı ilin sonuna Gürcüstan tərəfində işlər başa çatdırılacaq. Bundan sonra Türkiyədə işlərin başa çatdırılması qalır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...