Sərdar Cəlaloğlu: “Müxalifət Novxanıya birgə getməyəcək”

Sərdar Cəlaloğlu: “Müxalifət Novxanıya birgə getməyəcək”


“Müxalif blok və təşkilatların 28 May-Respublika Günündə birlikdə Novxanıda tədbir keçirməsi mümkün deyil. Çünki bunun üçün əsaslar yoxdur”. Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a Anti-böhran Koalisiyası, Milli Şura və Müsavat Partiyasının birgə addımlamaq imkanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu qüvvələr arasında müəyyən maraq ziddiyyətləri var, odur ki, onların Respublika Gününü birlikdə qeyd etməsi mümkün deyil. ADP sədri bildirib ki, əslində, əvvəlki dövrlərdə bu qüvvələr birlikdə Novxanıda Rəsulzadənin abidəsini ziyarət etməyib: “Partiyalar hansı bloklarda təmsil olunurdusa, bu bloklardakı müttəfiqləri ilə birgə hərəkət edirdi. İndiki mərhələdə bu təşkilatların hamısının birlik nümayiş etdirməsinə ehtiyac yoxdur. Onsuz da ayrı-ayrılıqda gedirik və hamı öz ziyarətini həyata keçirir”.

Sərdar Cəlaloğlu daha sonra bildirib ki, indiki halda müxalifətin daha geniş konfiqurasiyada bir araya gəlməsi ehtimalı da mövcud deyil. Onun qənaətincə, yaxın dövr üçün belə bir birliyin ortaya çıxması imkanları da yoxdur:

“İndiki situasiya birliyi vacib qarşılamır. Hazırda müxalifət partiyaları fərqli bloklarda və qurumlarda birləşiblər. Mövcud olan bloklar arasında isə münasibətlər arzu edilən səviyyədə deyil. Bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Bloklar arasında təmaslarda mövcud deyil. Başqa sözlə, dostluq münasibətləri yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
735 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...