AMİP-in sədri kim olacaq? - 3 iddiaçı var

AMİP-in sədri kim olacaq? -


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyinə 3 nəfər iddialıdır. Bu barədə APA-ya partiyanın baş katibi, sədr əvəzi Arzuxan Əlizadə məlumat verib.

A. Əlizadə bildirib ki, partiya sədrliyinə onunla yanaşı, AMİP Siyasi Şurasının üzvü Əli Orucov və partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev öz namizədliklərini açıqlayıblar: “Ancaq namizədlərin sayının artacağı istisna deyil. Çünki qurultayın vaxtı təyin olunduqdan sonra digər namizədlər də ortaya çıxa bilər. Qurultayın tarixi Mərkəzi Şuranın toplantısında müəyyənləşəcək. Qurultayımızı yaxın vaxtlarda keçirməyi nəzərdə tuturuq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...