SSRİ-nin bərpa olunmasını istəyirəm - Qorbaçov

SSRİ-nin bərpa olunmasını istəyirəm -


SSRİ-nin dağılmasına görə çox peşmanam. Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin son rəhbəri Mixail Qorbaçov İngiltərənin “Sandey Tayms” qəzetinə müsahibəsində deyib. O bildirib ki, SSRİ-nin çöküşünü Vaşinqton böyük sevinclə qarşılamışdı:

“Bəlii etməməyə çalışsalar da, amerikalılar əsas rəqiblərini zərərsizləşdirdiklərinə görə məmnunluq hissi keçirirdilər. Onlar masanın altında böyük həzzlə əllərini ovuşdururdular. ABŞ SSRİ-nin dağılmasından sonra dünyanın ağası olacağını düşündü. Demokratik yolda Rusiyaya yardım əlini uzatmadı. SSRİ-nin yaratdığı inamı ABŞ məhv etdi. Mən də daxil olmaqla, xalqın kiçik bir hissəsi hələ də SSRİ-nin yenidən bərpa olunmasını istəyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
666 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...