Tofiq Yaqublu Penitensiar Xidmətin rəhbərliyinə müraciət etdi

Tofiq Yaqublu Penitensiar Xidmətin rəhbərliyinə müraciət etdi

Müsavat başqanının müavini Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib. O, bu gün vəfat etmiş qızı Nərgiz Yaqublunun dəfnində iştirak edə bilmək üçün azadlığa buraxılmasını xahiş edir. Bizimyol.info-ya daxil olan məlumata görə T.Yaqublu qızının vəfat xəbərini televiziyadan eşidib.

Qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edib. N.Yaqublu ötən il ailə qurub və Moskvada yaşayırdı. O, hamilə idi və Hepatit C-dən əziyyət çəkirdi. Bir neçə gün əvvəl isə komaya düşmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...