Naxçıvanla bağlı daha bir yenilik: Pulların hara xərcləndiyi bilinəcək

Naxçıvanla bağlı daha bir yenilik:

Bu ayın əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət qurumlarının elan etdikləri tender müsabiqələri dövlət satınalmaları üçün vahid internet portalında – “etender.gov.az” saytında yerləşdirilməyə başlanılıb.

Yeniavaz.com xəbər verir ki, daha əvvəl “etender.gov.az” saytında Naxçıvanda keçirilən tender müsabiqələriylə bağlı heç bir məlumat yerləşdirilmirdi.

Məlumat üçün bildirək ki, ötən il dekabr ayının 21-də 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov tutduğu vəzifədən azad edilib.

Onu da qeyd edək ki, Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövürdə Muxtar Respublikada bir sıra qadağaların mövcud olması barədə dəfələrlə məlumatlar yayımlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...