Ukraynadan gətirilən toxumluq kartof yararsız çıxıb

Toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizmlər aşkar olunub.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib kİ, nəzarət tədbirləri zamanı fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Ukrayna Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər - kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 44 ton toxumluq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...