ADY: "Horadiz-Ağbənd dəmiryolu gələn il təhvil veriləcək"

ADY: "Horadiz-Ağbənd dəmiryolu gələn il təhvil veriləcək"
Horadiz-Ağbənd dəmiryolu xəttinin gələn ilin ortalarına təhvil verilməsi planlaşdırılır.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, dəmiryolu xəttinin keçəcəyi ərazilərin relyefinin fəqli olması qrafikə də təsir edir: "Burada tərəfdaşlarımızla çalışırıq və hər çətinliklə bağlı onlarla birlikdə həll yolu tapırıq".

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.

Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...