“Dağıntılar altında qohumlarım var” deyib oğurluq edirlər

“Dağıntılar altında qohumlarım var” deyib oğurluq edirlər
Ardıcıl iki zəlzələ ilə viran qalan Türkiyənin Adıyaman bölgəsində dağıntıların təmizlənmə işləri davam etdirilir.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasetmə qruplarına cəlb olunmaq istəyən dələduzlar da az deyil.

Belə ki, onlar “dağıntılar altında qohumlarım var” deyərək qruplara zəng edirlər. Sonra isə dağıntılar altından pul və qızıl olan seyfləri çıxarmağa çalışırlar.

Axtarış-xilasetmə işlərinin böyük hissəsi tamamlanan ərazi üzrə nümayəndəlikdən bildirilib ki, hazırda oğurluq hallarına qarşı tədbirlər görülür:

“İndi yalnız vətəndaşların yenidən axtarış-xilasetmə tələb etdiyi yerlərdə işləyirik. Hətta dağıntıların bəzilərini 8-10 dəfə axtardıq... Polislərimiz, əsgərlərimiz oğurluq hadisələrinə qarşı küçələrdə dolaşırlar. Belə hallarda nə lazımdırsa onu edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
392 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...