Əli Məsimli: "Azərbaycanda inflyasiya artıq orta təbəqəni də təsiri altına alıb"

Əli Məsimli: "Azərbaycanda inflyasiya artıq orta təbəqəni də təsiri altına alıb"
"Azərbaycanda inflyasiya əvvəl yalnız yoxsul təbəqəyə təsir edirdisə, indi orta təbəqəni təsiri altına alıb".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Bundan başqa, onun sözlərinə görə, ölkədə bankların faizləri kifayət qədər yüksəkdir: "Reallıq budur ki, bank sektoru özü üçün komfort yaradıb, yüksək faizlərdən, nağdlaşdırma hesabına komissiyalardan qazanır. Banklar sahibkarlara yüksək faizli kredit verməklə öz pullarını dövr etdirirlər. İllik 20-21 %-lə kredit verən bank sahibkara qazanc üçün yalnız 4-5 %-lik yer saxlayır. Necə olur ki, MDB ölkələrində faiz dərəcələrini aşağı salmaq olur, bizdə olmur?"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...