Müharibə iştirakçısı 3 ildir veteranlıq ala bilmir - FOTOLAR
2016-cı il Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı Elnur Fazil oğlu Həşimov üç ildir ki, veteranlıq statusunu ala bilmir və haqqı olan medallarla təltif olunmayıb.
Bu barədə Axar.az-a Elnur Həşimov özü danışıb.
O bildirib ki, ali təhsillidir, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur:
“2015-ci ildə Xəzər rayonundan həqiqi hərbi xidmətə çağrılmışam, Tərtərdə baş atıcı və manqa komandiri vəzifəsində olmuşam. 2016-cı ilin aprelində Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə iştirak etmişəm. 2020-ci ildə yenidən Xəzər rayonundan hərbi xidmətə çağrılmışam və İkinci Qarabağ müharibəsində Tərtər-Suqovuşan istiqamətindəki döyüşlərə qatılmışam. Əllərimdə, üzümdə qəlpə yaraları var. Ancaq bunlar əlillik dərəcəsi alacaq qədər ağır deyil. Əlillik dərəcəsi almaq ilə bağlı heç bir istəyim yoxdur. Məndən daha ağır yaraları olan, ancaq hələ də əlillik dərəcəsi ala bilməyən döyüşçü yoldaşlarım var. İstəyim və tələbim yalnız haqqım olan veteranlıq statusunu, eyni zamanda döyüşlərdə iştiraka görə medalları almaqdır. Çünki sonadək cəbhədə olmuşam. Döyüşlərdə iştirakıma dair bütün məlumatlar hərbi biletimdə və aidiyyəti sənədlərdə də öz əksini tapıb. Ali Baş Komandan İlham Əliyev deyib ki, zabit və əsgərlərə döyüşlərdə iştiraka görə veteranlıq statusu verilməli və onlar müvafiq medallarla təltif olunmalıdır. Mənim də istəyim budur, başqa heç bir maddi və s. tələbim yoxdur”.
O deyib ki, dəfələrlə Müdafiə Nazirliyinə müraciət edib:
“Mənə cavabda bildiriblər ki, hərbi biletim əsassızdır, xidmət etdiyim hərbi hissədən “Forma-5” gətirməliyəm. Artıq 3 ilə yaxındır ki, hərbi hissə ilə Müdafiə Nazirliyi arasında qalmışam. Hərbi hissə lazım olan sənədlərin nazirliyə göndərildiyini, Müdafiə Nazirliyi isə veteranlığın verilməsi üçün hərbi hissədən əmrin göndərilmədiyini deyir. Mənimlə eyni vəziyyətdə olan daha bir neçə döyüş yoldaşım var. Yenə qeyd edirəm ki, mənim əlillik dərəcəsi və ya hansısa maddi tələbim yoxdur. Sadəcə veteranlıq, həm də layiq olduğumuz medalları almaq istəyirəm. Aidiyyəti dövlət orqanlarından bizə problemin həllində köməklik göstərmələrini xahiş edirəm”.
431 dəfə oxundu