Türkiyənin təhsil nazirinin bu açıqlaması tənqid olundu

Türkiyənin təhsil nazirinin bu açıqlaması tənqid olundu
Türkiyənin milli təhsil naziri Yusuf Tekinin birgə təhsillə bağlı fikirləri tənqid olunub.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, o deyib:

“Qızlarını məktəbə göndərməyən valideynlərin mübahisələrindən biri budur: “uşağımı oğlanlarla eyni məktəbə göndərmək istəmirəm”. Bu təqdirdə valideynimizi inandırmaq üçün lazım olarsa,qızlar üçün məktəblər açmağı da bacarmalıyıq”.

Daha sonra açıqlama verən nazir fikirlərinin konteksdən çıxarıldığını deyib:

“Deyirlər ki, mən birgə təhsilin əleyhinəyəm, əksinə mən azadlıq tərəfdarıyam. Artıq təhsil haqqında əsas qanunda deyilir ki, birgə təhsil də vacibdir. Dedim ki, qızlarla bağlı belə bir şey edilə bilər və oradan müzakirə tamamilə fərqli yerlərə keçdi”.

Milli təhsil nazirinin açıqlamalarına Cümhuriyyət Xalq Partiyası (CHP) yazılı bəyanatla reaksiya verib:

“Qəbuledilməzdir. Milli Təhsil Nazirliyi qanuna görə qızlar və oğlanların - bütün uşaqların məktəbə getməsini təmin etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...