"Zaqatalada uşaqların oynadığı parkda transformatorun hər tərəfi açıqdır" - Foto FOTO
Zaqatalada Heydər Əliyev adına parkda yerləşdirilən transformatorun ətrafında qoruyucu çəpər olmadığına görə insanların həyatı üçün təhlükə törətdiyi bildirilir.
Bu barədə sakinlər Yeniavaz.com-a məlumat veriblər.
Sakinlərin sözlərinə görə, onların redaksiyamıza təqdim etdiyi foto Zaqatalada parkdakı çay evi və ailəvi istirahət mərkəzinin ərazisində çəkilib.
“Fotodakı transformatorun hər tərəfi açıqdır. Bu transformatorun hər tərəfində axşam uşaqlar oynayırdı, insanlar sağından, solundan keçirdi. Park Zaqatala İcra Hakimiyyətinin binasına 100-150 metr məsafədədir”, - sakinlər deyib.
Məsələ ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova bildirdi ki, onda bu barədə məlumat yoxdur:
“Orada işıq xəttində balaca bir qurğu var idi, quraşdırılmışdı, o da həll olunub”.
Sakinlərin bizə foto təqdim etdiyini bildirdikdən sonra isə icra başçısının müavini digər sualları dinləmədən, məsələni araşdıracağını deyib telefonu söndürdü.
367 dəfə oxundu