“Narkomaniyadan əziyyət çəkən qəsdən cinayət törədir ki, müalicə olunsun”
“Ölkədə o qədər səmərəsiz yerlər açılır ki, amma narkomaniyadan əziyyət çəkən şəxslərin reabilitasiyası və könüllü və ya məcburi müalicəsi üçün yerlər demək olar ki, doludur. Dövlət hesabına bu yerlər açılmalı və ölkənin gələcəyi xilas olmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu vəkil Aqil Layıc bildirib.
“Dəfələrcə şahidi olmuşam ki, narkomaniyadan əziyyət çəkən insan könüllü müalicə etməyə imkanı çatmadığı üçün qəsdən cinayət törədir ki, bəlkə məcburi şəkildə müalicə oluna bilər.
Büdcədən o qədər səmərəsiz layihələrə pul ayrılmağı əvəzinə bu sahədə dövlət hesabına kifayət qədər reabilitasiya mərkəzləri açılmalıdır ki, həqiqətən də xilas olmaq istəyən insanları cəmiyyətə qaytaraq.
Keçən dəfə Sumqayıt Məhkəməsində bir hadisənin şahidi oldum ki, narkomaniyadan əziyyət çəkən insan hakimdən xahiş edirdi ki, onu həbs edib məcburi müalicəyə göndərsin. Dərmanlar və reabilitasiya proqramı kifayət qədər baha olduğu üçün imkanı yoxdur, artıq xilas olub, normal fərd kimi ailəsinə fayda vermək istəyir”, - Vəkil əlavə edib.
473 dəfə oxundu