Qızıl Aypara Qarabağ ermənilərinə yardım göndərdi - FOTOLAR
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım yola salıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.
“Avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalamışıq. Bəyanatımızın fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Həmin bəyanatdan sonra bu məsələ diqqətimizdədir və hazırda humanitar yardım göndəririk. Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”, - bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Təşkilat rəhbəri bildirib ki, bu addımın Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacağına ümid edir: “Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
481 dəfə oxundu