Moldovanın Baş Qərargah rəisi Rusiyaya casusluq edirmiş

Moldovanın Baş Qərargah rəisi Rusiyaya casusluq edirmiş
Moldova Baş Qərargahının keçmiş rəisi, 2021-ci ildə vəzifəsini tərk edən İqor Qorqan Rusiya ordusunun Baş Qərargahının Baş İdarəsinin informatoru olub.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

İddia olunur ki, Qorqanın kuratorlarından biri, polkovnik Aleksey Makarovla Teleqramda yazışmaları əldə edilib:

“O, Moldova Müdafiə Nazirliyindəki köhnə əlaqələri sayəsində hələ də Rusiya üçün vacib informator olaraq qalır. Qorqanın nə vaxtdan informator olduğu bilinmir”.

Hərbi kəşfiyyat mənbələri ehtimal edir ki, o, 2004-cü ildən - NATO missiyasında xidmət etdiyi vaxtdan informator ola bilər:

“Polkovnik Makarovdan əvvəl Rusiyanın Kişinyovdakı hərbi attaşesi Vadim Uxnalevlə, sonra isə onun varisi İqor Dovbnya ilə əlaqə saxlayıb”.

Qorqanın Makarovla təmaslarının 2022-ci ilin aprelində intensivləşdiyi qeyd olunur:

“Qorqan Moldovada daxili siyasi vəziyyətlə bağlı müşahidələrini, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin aldığı silahlarla əlaqədar məsələləri çatdırıb. Rusiya tərəfi Ukraynanın, o cümlədən Moldovadan hansı silahları alması ilə maraqlanıb. Qorqan Ukraynanın BƏƏ-də bir şirkət adı altında altı ədəd MiQ-29 almağa çalışdığı barədə məlumatları da “sızdırıb”. O, həmçinin Moldova üzərindən Ukraynanın Reniyə yanacaqla dolu qatarların hərəkətini təsvir edib və Ukraynanın Rumıniya vasitəsilə çoxlu vacib yükləri, o cümlədən silahları qəbul etməsindən şikayətlənib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...