Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə saldı

Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə saldı

Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermış hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb.
Mərkəzdən virtualaz.org saytına verilən məlumata əsasən, bununla əlaqədar, Muğam Televiziya Müqabiqəsinin final mərhələsinə həsr olunan konsert Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək.


Eyni zamanda, əməkdar Artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

Əlavə məlumatı Mərkəzin kassasından (tel: +012 505 60 03) almaq olar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...