Yanan bina sakinlərinin telefon borcları da silindi

Yanan bina sakinlərinin telefon borcları da silindi

Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinə öz dəstəyini göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xüsusi qərar qəbul edilib.

Axar.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.

“Nazirlik binada zərərçəkənlərə öz yardımını göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək. Eyni zamanda yanmış binanın sakinləri üçün nazirlik mənzilləri bərpa olunduqdan sonra telefon və internet xətlərinin çəkilişlərini pulsuz həyata keçirəcək”, - deyə M.Əmirov bildirib.
- See more at: http://axar.az/news/52976#sthash.qkwvWiwH.dpuf


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...