Azərbaycanda doktoranturaya qəbul aparılacaq yerlərin sayı açıqlanıb

Azərbaycanda doktoranturaya qəbul aparılacaq yerlərin sayı açıqlanıb
Bu il Azərbaycanda doktoranturaya qəbul aparılacaq yerlərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, bu il akademiyada 154 yer üzrə doktoranturaya qəbulun aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, digər idarələrdən, institutlardan doktoranturaya qəbul üçün 500-ə yaxın yerin təqdim olunacağı gözlənilir. Yerlərin sayı ixtisar olunaraq Nazirlər Kabinetinə göndəriləcək.

A. Əlizadə qeyd edib ki, bu vaxta kimi nazirliklərdən, sahə institutlarından doktorantura ilə bağlı verilən planlara o qədər də ciddi yanaşılmaylb. Akademiya daxili qəbul planına ciddi baxılsa da, kənardan gələn proqramlara mövzulara vaxt baxımından diqqət yetirməyə imkan olmayıb: "Amma belə bir vəziyyət yaranıb ki, doktoranturaya qəbul üçün təklif edilən bütün yerlərə baxılacaq. Keçən il doktoranturaya qəbul üçün akademiya 93 yer, kənar idarələr 560 yer təklif etmişdi. Bu say çoxdur. Biz onları mövzu və rəhbərlə təmin edə bilməyəcəyik. Doktorantura qəbulunda xeyli təkmilləşdirmə aparılmalıdır".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...