“Şakro Molodoy”u Həmidov satıb - VİDEO

“Şakro Molodoy”u Həmidov satıb -

Kriminal aləmin kralı, yaxud “kralların kralı” kimi tanınan “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kaşaşovun həbsinin təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, onu Moskvanın Roçdelsk küçəsindəki “Element” restoranına ötən il həyata keçirilmiş reyder hücumunun iki iştirakçısının ifadəsi əsasında həbs ediblər. “Şakro Molodoy”a qarşı ifadə verənlərdən biri azərbaycanlıdır.

Xəbər verildiyi kimi Zaxari Kalaşov Federal Təhlükəsizlik Xidmətinin və DİN-in əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb. Onu iki nəfərin ölümündə, bir neçə nəfərin yaralanmasında şübhəli hesab edirlər. Zaxari Kalaşov məşhur kriminal avtoritet “Ded Xasan”ın güllələnməsindən sonra kriminal aləmin kralı statusunu alıb. İspaniyada 8 illik həbs cəzasını başa vurduqdan sonra Rusiyaya ekstradisiya olunan “Şakro Molodoy” (hərçənd ki, bu ləqəbi gəncliyində alan “vor zakon” artıq gənc deyil) “Ded Xasan”ın qruplaşmasının liderinə çevrilib. Məhz onun keçirdiyi “sxodka”da azərbayanlı kriminal avtoritet “Rövşən Lənkəranski” “Ded Xasan”ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb.

“Şakro Molodoy”u Həmidov satıb -


Ötən ilin dekabrında “Element” restoranına reyder hücumu həyata keçirən kriminal elementlərlə restoranın mühafizəçiləri arasında atışma olub, nəticədə azı 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu işlə bağlı bir neçə nəfər saxlanılıb. İyulun əvvəllərində polis restorana hücumla bağlı daha iki nəfəri həbs edib.

Bunlar “Project” firmasının 34 yaşlı mühəndisi Nikolayev N. və “İtalyan” ləqəbli kriminal avtoritet Andrey Koçuykovun adamı, 1976-cı ildə anadan olmuş Həmidov H.-dır. Onlar istintaqla əməkdaşlığa gediblər və “Element” barının sahibindən 8 milyon rubl tələb etdiklərini etiraf ediblər. Habelə onlar bu hücumu “Şakro Molodoy”un sifarişi ilə həyata keçirdiklərini bildiriblər. Nikolayev və Həmidov əvvəllər həbs olunmayıb, polisin siyahısında adları yoxdur.

İndi istintaq “Şakro Molodoy”la onları üzləşdirəcək və yaxın günlərdə kriminal avtoritetin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün iş məhkəməyə göndəriləcək.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...