Sərnişin avtobusun açıq qapısından yerə yıxıldı - Bakıda

Sərnişin avtobusun açıq qapısından yerə yıxıldı -

Bu gün səhər saatlarında 202 saylı marşrutda bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun verdiyi məlumata əsasən, avtobusda olan basabasa görə qapının ağzında dayanan gənc yıxılaraq zədə alıb. Dərhal hadisə yerinə iki təcili tibbi yardım maşını gəlib. Sərnişinlər avtobusdan boşaldılıb.

Qeyd edək ki, 202 saylı marşrut Biləcəri qəsəbəsindən metronun "Nərimanov" stansiyasına qədər hərəkət edir. Qəsəbə sakinləri hər gün səhər və axşam saatlarında avtobusun qapılarının açıq şəkildə getdiyini bildirir. Buna görə də, sakinlər marşrut xəttinin sayının artırılmasını tələb edirlər.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin “Qaynar Xətt”inə zəng olunsa da, onlara cavab verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...