Güləşçimiz ikinci erməninin də belini əydi - yenilənib

Güləşçimiz ikinci erməninin də belini əydi -

"Bakı 2015" I Avropa Oyunlarında bu gün güləş yarışlarına yekun vurulacaq.

AzVision.az-ın məlumatına görə, sonuncu yarış günündə sərbəst güləş üzrə daha 4 çəki dərəcəsində medal sahibləri müəyyənləşəcək. Azərbaycan təmsilçilərindən 3-ü mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.

Maraqla gözlənən görüşlərdən biri 61 kq çəkidəki Hacı Əliyev erməni güləşçiyə qarşı görüşü olacaq. Avropa və dünya çempionunun ilk rəqibi Ermənistan təmsilçisi Valodya Franqulyan olacaq.

***

Güləşçimiz Hacı Əliyev və Ermənistan təmsilçisi Valodya Franqulyan arasında görüş artıq başlayıb. Hazırda güləşçimiz 5:0 öndədir. Daha 2 xal qazanan güləşçimiz 7:0 hesabı ilə rəqibini məğlub etdi.

Qeyd edək ki, ötən gün H.Əliyevin qardaşı Yaşar Əliyev 1/4 finalda Ermənistanın digər güləşçisi Qarik Barseqyanı məğlub edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...