Büdcənin istifadəsinə görə vəzifəli şəxslər məsuliyyət daşıyacaq

Büdcənin istifadəsinə görə vəzifəli şəxslər məsuliyyət daşıyacaq


Azərbaycanda məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə olunmamasına görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib ki, bu, "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Bundan başqa, qanuna əlavə edilməsi təklif olunan 27.6-cı maddəyə əsasən, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmamalıdır və onlardan başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin də təyinatı üzrə istifadə olunmamasına görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaq.

Eyni zamanda, dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmamasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.(apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...