DYP polkovniki sürücüləri ehtiyatlı olmağa çağırdı

DYP polkovniki sürücüləri ehtiyatlı olmağa çağırdı


“Ötən gün normadan artıq yağış yağdığından bəzi istiqamətlər üzrə tıxaclar yaranıb və 4 yol nəqliyyat hadisəsi baş verib”. Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, hazırda nəqliyyat vasitələrinin hərəkəti normal şəkildə təşkil edilib və tıxac müşahidə olunmur: “Ötən gün bir neçə istiqamət üzrə sıxlıq yaşanıb. Sıxlığın yaranmasına səbəb yağış sularının yaratdığı gölməçələrdir. Yol və metroloji şərait nəzərə alınmadığından Bakı şəhər üzrə maddi ziyanla nəticələnən 4 yol qəzası qeydə alınıb”.

DYP rəsmisi hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib: “Bu cür hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanmalıdır, şüşəsilənin işlək olması, diqqətli olmaq lazımdır. İdarə edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır. Sutkanın qaranlıq saatlarında işıqlandırma sisteminin normal səviyyədə olması vacib şərtdir. Amma bəzi sürücülərin səriştəsizliyindən qəzalar baş verir. Qəzaların baş verməsinə səbəb yol hərəkəti qayadalarının pozulmasıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...