“Bu gecə səhərə qədər küçələrdə olduq” – "Azərsu"dan açıqlama

“Bu gecə səhərə qədər küçələrdə olduq” –


“Dünən axşam küçələrdə toplanan yağıntıların miqdarı çox olduğu üçün kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib”.

Bunu Lent.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, paytaxtın kanalizasiya xətləri normal rejimdə işləyir və vaxtında təmizlənir: “Ancaq dünən gecə yağan yağışların həcmi çox olduğundan kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib”.

Qurum rəsmisi bildirib ki, “Azərsu” ASC-nin müvafiq şöbələrinin əməkdaşları bu gecə səhərə qədər küçələrdə yaşanan bu problemi aradan qaldırmaq üçün işləyiblər: “Bizim qurumun, Fövqəladə Hallar Nazirliyinin işçiləri, “Azəravtoyol” ASC-nin və digər qurumların işçiləri ilə birlikdə səhərə qədər işləyiblər. Yağan yağışların fəsadlarını aradan qaldırılması üçün işlər görülüb. Yağış dayanandan sonra küçələrdə yığılan sular çəkilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...