Milli Məclis "Kredit borcları haqqında" qanun layihəsini müzakirə edəcək

Milli Məclis "Kredit borcları haqqında" qanun layihəsini müzakirə edəcək


Milli Məclisin 2016-cı il payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib.

APA-nın məlumatına görə, qanunvericilik planına 14 bölmədən ibarət məsələlər daxildir. Bunlar Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr, "Milli Məclisin deputatının etik davranışı", "Kinematoqrafiya haqqında", "Psixoloji yardım haqqında", "Kredit borcları haqqında", “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” və s. qanun layihələridir.

Eyni zamanda "Normativ hüquqi aktlar haqqında" qanuna da texniki dəyişikliklər səsə qoyularaq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...