Azərbaycanlı deputat erməni naziri "təriflədi"
Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan "peşəkar hərbçi" və "böyük həyat təcrübəsi" olan bir kadrdır. Bütün ömrü boyu kabinet işində çalışmaqla o, hərbi və hərbi-taktiki işi çox gözəl "öyrənib". Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan haqqında fikirlərini bölüşərkən bildirib.
Erməni nazirə rişxənd edən millət vəkili onun tərcümeyi-halından müəyyən məqamları açıqlayaraq Azərbaycan Ordusunun peşəkar zabitlərinə sətiraltı xitab edib:
"Budur onun tərcümeyi-halı:
20 yaşında Ermənistan parlamenti spikerinin köməkçisi;
hərbi xidməti 25-28 yaşlarında, 2000-2003-cü illərdə Ermənistan Müdafiə Nazirliyinin əsas binasında referent kimi keçib.
Sonra, 28 yaşında prezidenti Robert Koçaryanın köməkçisi;
34 yaşında, 2009-2011-ci illərdə isə Prezident Aparatının rəhbər müavini;
36 yaşında - 2011-ci ildən indiyədək Ermənistan Prezident Aparatının rəhbəri.
Düşmən ölkənin belə "hazırlıqlı" hərbi nazirinə qarşı Azərbaycanın ömrünü səngərlərdə keçirmiş, təlimlərdən başqa heç nə görməmiş zabitlərimiz nə düşünürlər?"
851 dəfə oxundu