“Modalar evi” ilə bağlı qalmaqal böyüyür

“Modalar evi” ilə bağlı qalmaqal böyüyür


Bir neçə gündür ki, modelyer Leyla Əhmədova və modalar evinin yerləşdiyi obyektin sahibi Nizami Ağayev arasında baş verən problem mediada geniş işıqlandırılır.

Əmlak sahibi Nizami Ağayev icarədar Leyla Əhmədovanın aylıq kirayə haqqını ödəmədiyini, modelyer isə mülk sahibi tərəfindən biznesinə külli-miqdarda zərər dəydiyini iddia edir. Bundan başqa, Nizami Ağayev bildirib ki, o, ofisi 2014-cü ildə iş adamı Seymur İsayevə icarəyə verib. Daha sonra Leyla Əhmədova özünü Seymur İsayevin həyat yoldaşı kimi təqdim edib.

Məsələdə adı hallanan Seymur İsayevin vəkili Vüqar Babayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq iş adamının haqqında səsləndirilən fikirlərin yalan olduğunu bildirib:

“Seymur İsayevlə Nizami Ağayev arasında heç bir ofis və ya digər qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə dair istər yazılı, istərsə də şifahi razılaşma olmayıb. Eyni zamanda S.İsayevin Anar adlı nümayəndəsi olmayıb. S.İsayev Leyla Əhmədova ilə Nizami Ağayev arasında yaranmış mübahisənin həlli üçün bir zamanlar köməklik etməyə cəhd etsə də, sonradan bu məsələyə heç bir müdaxilə etməyib.

Eyni zamanda bəyan edirik ki, Seymur İsayevin Vergilər Nazirliyinin keçmiş məsul şəxsi Nizami Ağayevə heç bir məbləğdə borcu yoxdur və heç bir zaman da olmayıb”. Vəkil onu da qeyd edib ki, Nizami Ağayevin Seymur İsayev barəsində səsləndirdiyi fikirlər əsassız olduğu üçün məhkəməyə müraciət edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...