Bu maşınlar radara düşmür - Açıqlama

Bu maşınlar radara düşmür -


Tranzit nömrəli maşınların sürücüləri qayda pozuntularına yol verdiyi halda əməkdaşlarımız tərəfindən saxlanılır və inzibati protokol tərtib edilir. Əgər tranzit nömrəli maşını idarə edən şəxs xarici ölkə vətəndaşdırsa, ümumi əsaslarla məsuliyyətə cəlb olunur.

Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib.

O bildirib ki, hələ ki, tranzit nömrəli maşınların dövlət qeydiyyat nişanlarının radarlarda oxunması ilə bağlı məsələlər tam həllini tapmayıb. “Yaxın vaxtlarda bu məsələl də öz həllini tapacaq. Amma əməkdaşlarımız tərəfindən vizual şəkildə aşkar olunan qayda pozuntuları yerindəcə protokollaşdırılır”.

Kamran Əliyev həmçinin qeyd edib ki, əgər həmin dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs öz vətəndaşımız olsa, onun barəsində də eyni qaydada tədbir görülür. O bildirib ki, vətəndaşın ünvanı qeyd edildikdə isə həmin cərimə onun evinə də göndərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...