Azərbaycanın ən iri bankları dollar satışını dayandırdı

Azərbaycanın ən iri bankları dollar satışını dayandırdı


Bu gün oktyabrın 26-də daha 2 bank dollar satışını dayandırıb. Fins.az xəbər verir ki, bu bün “Kapitalbank” və “Azər-Türk Bank”ın kassalarında dollar satılmır. Xatırladaq ki, 2 gün əvvəl dollar satışını dayandıran “Azər-Türk Bank” dünən valyuta satışını bərpa etmişdi. Lakin bu gün yenidən dolların satışını dayandırıb.

Bundan başqa “Bank VTB (Azərbaycan)” və “Paşabank” da dollar satmaqdan imtina edib. Dünən valyuta satışını dayandıran “Naxçıvanbank” isə satışı 500 dollarlıq limitlə bərpa edib.

2 gün əvvəl dollarını satışını dayandıran “Bank Respublika” isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir.
Beləliklə, dollar satmayan bankların sayı 4-ə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...