Qaradağ rayonu ilə Çuzulunpo rayonu arasında memorandum imzalanıb
Bakı şəhərinin Qaradağ Rayonu ilə Çin Xalq Respublikasının Çuzulunpo rayonunun Çunçinq şəhəri arasında iqtisadi və mədəni əlaqələrin yaradılması məqsədilə “Dostluq və Əməkdaşlıq” Rayonu barədə Əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində qarşıya qoyduğu mühüm vəzifə və tapşırıqların icrası Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən sistemli olaraq davam etdirilir.
Çin Xalq Respublikasının Beynəlxaq Mübadilənin Təşviqi İdarəsi, Çunçinq şəhəri üzrə departamentin baş direktorunun rəsmi dəvətinə müvafiq olaraq Qaradağ Rayonun İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi ilə nümayəndə heyyəti 17-20 oktyabr 2016-cı il tarixlərində Çunçinq şəhərində işgüzar səfərdə olub və bir sıra ikitərəfli görüşlər keçirilib.
Belə ki, səfər çərçivəsində Çunçinq şəhəri, Çuzulunpo Rayon Xalq hakimiyyəti rəhbərinin birinci müavini və digər rəsmi şəxslərlə, o cümlədən Xarici Ticarət və İqtisadi Əlaqələr Komissiyasının rəhbəri, Xarici Çin Əlaqələri ofisinin direktoru və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Çinli iş adamları ilə işgüzar görüşlər keçirilib.
Görüşdə ölkələr arasında mövcud olan dostluq, iqtisadi və mədəni əlaqələr çərçivəsində gələcəkdə Çin Xalq Respublikasının Çuncinq şəhəri ilə Bakı şəhəri Qaradağ rayonu arasında qarşılıqlı sosial-iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Qaradağ rayonunun iqtisadiyyatına xarici investisyaların cəlb edilməsi, həmçinin Qaradağ rayonu ilə Çunçinq şəhəri, Çuzulunpo rayonunun “Dostluq və Əməkdaşlıq” Rayonu adlandırılması barədə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Görüşdə Bakı şəhəri Qaradağ rayonunun zəngin sənaye potensialı və rayonunun sosial-iqtisadi inkişafını əks etdirən təqdimat nümayiş etdirilib.
Keçirilən görüşlərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələr, hazırda bu əlaqələrin mövcud inkişaf vəziyyəti, ölkələr arasında sərmayə qoyuluşları, xarici ticarət dövriyyəsinin həcmi və investisyaların təşviqi haqda qarşılıqlı geniş bəhs edilib.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən ötən müddət ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, Dövlət Proqramlarının uğurlu icrası, qeyri neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və iş adamlarına tətbiq edilən xüsusi güzəştlər haqda, həmçinin Qaradağ rayonunun sənayesi, sosial-iqtisadi inkişaf göstəriciləri və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında geniş məlumat verilib.
Ölkəmizin Şərqdən Qərbə olan tarixi “İpək Yolunun” üzərində yerləşməsi və bu, əlverişli coğrafi şəraitin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsinə və ölkədə nəqliyyat infrastruk-turunun yaradılmasına əlavə imkanlar açdığı xüsusi qeyd edilib.
Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb, Çinli iş adamlarının Qaradağ rayonunun zəngin sənayesinə investisiyalar yatırılmasına dəvət edilib və bu əlaqlərin qarşılıqlı davam etdirilməsi qərara alınıb.
956 dəfə oxundu