Kino texnikasının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

Kino texnikasının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

Azərbaycanda kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək. Bununla bağlı layihə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. “Gömrük tarifi haqqında” qanuna əlavə edilən 20.0.20-ci maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcəklər.

Bundan başqa, Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddırlar. Məcəlləyə əlavə edilən digər 164.1.36 maddəyə görə yuxarıda qeyd olunanlar qeyd olunan müddətə vergi ödəməkdən də azad edilirlər.

Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...