Bankların 8 milyon manat vergi borcu var

Bankların 8 milyon manat vergi borcu var


Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının dövlət büdcəsinə faiz borcları 2,19 mln. manat, maliyyə sanksiyaları ilə bağlı öhdəlikləri isə 4,8 mln. manat təşkil edir.

AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.

Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190 min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".

Vergilər nazirinin mü­avini Sahib Ələkbərov­ isə deyib ki, borcla­rın silinməsi nazirli­k tərəfindən avtomati­k həyata keçiriləcək v­ə ödəyiciyə bildiriş ­göndəriləcək: "Borcların silinməsin­ə görə bizə müraciət ­etməyə ehtiyac yoxdur­. Əgər hansısa sual ­yaransa təbii ki, biz­ə müraciət etməlidirl­ər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...