“Bank Respublika”nın rəhbərliyi dəyişib

“Bank Respublika”nın rəhbərliyi dəyişib

“Bank Respublika” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Bu barədə “Report”a Bankdan bildirilib. Məlumata görə, bu vəzifəyə Asəf Namazov gətirilib. O, indiyə qədər “Bank Respublika”nın Müşahidə Şurasının (MŞ) üzvü olub. Bundan əvvəl İH-yə rəhbərlik etmiş Xədicə Həsənova isə MŞ-ya üzv seçilib. Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...