215 kənddə əhaliyə verilən su təhlükəlidir

215 kənddə əhaliyə verilən su təhlükəlidir


İl ərzində mütəmadi olaraq Bakı və digər rayonlarda sutəmizləyici qurğulardan, su mənbələrindən, ayrı-ayrı stasionar nöqtələrdən, modul tipli yeni quraşdırılan qurğulardan içməli su nümunələri götürülərək araşdırılır.

AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, respublikanın 215 kəndində quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də bakterioloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib: “Son 5 ildə mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian suların müayinələri ilə əlaqədar araşdırma aparılıb, nümunələr götürülün. Bu nümunələrdə də təqdirəlayiq nəticələr əldə olunmayıb. Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, şəhərin və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatı məsələsinə daim nəzarət edilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...