Bugünkü hərraca çıxarılan dolların hamısı alınıb

Bugünkü hərraca çıxarılan dolların hamısı alınıb


Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu gün Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərracına 35 mln. dollar məbləğində vəsait çıxarıb.

"APA-Economics" öz mənbələrinə istinadən xəbər verir ki, hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb. "Hərracda tələb 37 mln. dollar ətrafında olub", - deyə mənbə bildirib. Beləliklə, tələb təklifi təxminən 2 mln. dollar üstələyib.

Qeyd edək ki, bugünkü hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib.

Əlavə edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7301 səviyyəsində müəyyən edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...