Bakıda qrunt sularının səviyyəsi qalxıb, evləri su basıb

Bakıda qrunt sularının səviyyəsi qalxıb, evləri su basıb


Bakının Binəqədi qəsəbəsində qrunt sularının səviyyəsi qalxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, “White Palace” şadlıq sarayının arxasındakı sahədə qrunt sularının səviyyəsi qalxıb, nəticədə həyət evləri, evlərin həyətyanı sahələri su ilə dolub, bəzi yerlərdə isə xırda gölməçələr əmələ gəlib.

“Subasma hadisəsi son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən baş verib. Bu qrunt sularının səviyyəsinin qalxması ilə bərabər, həm də atmosfer yağıntılarının toplanmasıdır” – deyə R. Həsənov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...