Azərbaycan Gürcüstanın ən iri xarici investorudur
Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 1,645 mlrd. dollar təşkil edib. "APA-Economics" Gürcüstanın Statistika İdarəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, ötən il qonşu ölkənin iqtisadiyyatına cəlb olunan birbaşa investisiyaların həcmi 2015-ci illə müqayisədə 22% çoxdur.
Bu məbləğin 32%-i və ya 1,119 mlrd. dolları təkrar investisiyaların payına düşüb.
Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 35%-i və ya 1,069 mlrd. dolları Azərbaycanın payına düşür. İkinci və üçüncü yerləri müvafiq olaraq 17% və 7%-lə Türkiyə və Böyük Britaniya tutur.
Birbaşa investisiyaların daha çox yatırıldığı sektorlara gəlincə, hesabat dövründə nəqliyyat və rabitə sektoruna 645 mln. dollar cəlb olunub ki, bu da birbaşa xarici investisiyaların 39%-ə bərabərdir. İkinci yerdə 203 mln. dollarlıq göstərici ilə energetika sahəsi qərarlaşıb. Təxminən 163 mln. dollarlıq birbaşa investisiyanın cəlb olunduğu tikinti sektoru üçüncü yerdədir.
779 dəfə oxundu